"Ukrayna 2026-cı ildə Avropa İttifaqına üzv ola bilər..."
Ukrayna prezidenti Vladimir Zelenski Kupyansk istiqamətinə səfər edərək Quru Qoşunlarını təbrik edib və şəhər girişində videomüraciət yayıb.
Moderator.az xəbər verir ki, bu barədə yayıb.
Zelenski Kupyansk uğurlarını göstərir
Zelenski Ukrayna ordusunun burada əldə etdiyi nəticələrin ölkənin diplomatik danışıqlarda mövqeyini gücləndirdiyini bildirib. Ukrayna Milli Qvardiyasının "Xartiya" birləşməsi sentyabrdan bəri Kupyansk ətrafında aparılan sabitləşdirmə əməliyyatları barədə məlumat yayıb. Qeyd edilir ki, Rusiya qüvvələrinin sentyabrdakı hücum cəhdi zərərsizləşdirilib.
Oskol çayına çıxış əldə olunub və düşmənin təminat xətləri kəsilib, kəndlər və Kupyanskin şimal kvartalları azad edilib, 22 sentyabr-12 dekabr arasında 1027 rusiyalı məhv edilib, 291-i yaralanıb, 13-ü əsir götürülüb. Bəzi rus bölmələri hələ də şəhərin mərkəzində blokadada qalsa da, Zelenskinin sözlərinə görə, cəbhədə əldə edilən hər bir addım Ukraynanın sülh danışıqlarında əlini gücləndirir.
PURL proqramı ilə silah axını artır
NATO baş katibinin müavini Radmila Şekerinska bildirib ki, ABŞ-ın PURL (sürətli yardım) mexanizmi üzrə Ukraynaya göndərdiyi silah paketləri ilin sonuna təxminən 5 milyard dollar təşkil edəcək. Bu paketlərə "Patriot" sistemləri üçün zenit raketləri, müxtəlif sursatlar, kritik ehtiyat hissələri daxildir. Onun sözlərinə görə, Ukraynanın HHM ehtiyaclarının "aslan payı" məhz PURL vasitəsilə ödənilir və bu, "sözün əsl mənasında həyatla ölüm arasındakı fərqdir".
Silahların Ukraynaya daşınması Polşa və Rumıniya üzərindən fasiləsiz həyata keçirilir. Proqramın maliyyələşdirilməsində Avropa ölkələri, Kanada, Avstraliya və Yeni Zelandiya iştirak edir. Şekerinska qeyd edir ki, Kiyevin daha çox HHM sisteminə ehtiyacı var, NATO ölkələri isə istehsalı artırmağa çalışır.
Ukraynanın 2026-cı ildə Aİ-yə daxil olması nəzərdə tutulur
"Financial Times" yazır ki, ABŞ vasitəçiliyi ilə aparılan sülh danışıqlarında Ukraynanın 2026-2027-ci illərdə Avropa İttifaqına daxil olması barədə xüsusi mexanizm hazırlanır. Bu plan Aİ-nin indiki qəbul prosedurlarını dəyişməyi tələb edir və mərhələli inteqrasiya modelini nəzərdə tutur.
Məlumatlara görə, ABŞ, Macarıstanın vetosunu aradan qaldırmağa zəmanət verir, Brüsselə Aİ-yə daxilolmanın sürətləndirilməsi üçün yeni qaydalar təklif olunur, Ukraynanın Aİ-yə qəbulunun sülh razılaşmasına salınması Kiyevə geri dönüşü olmayan siyasi təminat verir.
Zelenski bildirib ki, danışıqlarda "Ukraynanın Aİ üzvlüyünün dəqiq vaxtının qeyd edilməsi" Kiyevin mövqeyini gücləndirir və ABŞ bu prosesi Avropada heç kimin bloklaya bilməməsi üçün təzyiq göstərəcək.