Məşhur britaniyalı yazıçı vəfat edib
Dünya
119
19:17, Bu gün

Məşhur britaniyalı yazıçı vəfat edib

Məşhur britaniyalı yazıçı Coanna Trollop 82 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə BBC onun ailəsinə istinadən bildirib.

Yazıçı dekabrın 11-də Oksfordşirdəki evində həyatını itirib. Onun ölüm səbəbi açıqlanmayıb.

C.Trollop müasir və Viktoriya dövrü İngiltərəsində romantik və ailədaxili münasibətlərə həsr olunmuş romanların müəllifidir.

Onun ən məşhur əsərləri arasında "Keşiş Hardinqin qızı", "Rektorun arvadı", "Gəlinlər" kimi romanlar var. Yazıçının kitabları 25-dən çox dilə tərcümə edilib və bir neçəsi televiziya üçün ekranlaşdırılıb.

Link kopyalandı!
Son xəbərlər