Zelenski mühasirədə olduğu iddia edilən Kupyanska səfər etdi - VİDEO
Dünya
230
19:15, Bu gün

Zelenski mühasirədə olduğu iddia edilən Kupyanska səfər etdi - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının Ukrayna Silahlı Qüvvələri tərəfindən mühasirəyə alındığı iddia edilən Kupyansk bölgəsinə səfər edib.

Moderator.az bildirir ki, bu barədə Zelenski özünün "Telegram" hesabında paylaşım edib. O, Kupyansk şəhərinin girişində yerləşən stelin yanında çəkilmiş videogörüntüləri də yayımlayıb.

"Bu gün Kupyansk istiqamətindəyik. Ukrayna üçün real nəticələr qazanan əsgərlərimiz buradadırlar. Bir çox rusiyalı Kupyansk barədə danışırdı - biz isə vəziyyəti görürük. Mən orada oldum, əsgərlərimizi salamladım. Burada döyüşən hər bir bölməyə, işğalçıları məhv edən hər kəsə təşəkkür edirəm.

Bu gün Ukraynanın diplomatiyada nəticələr əldə etməsi üçün cəbhə xəttində uğurlar qazanmaq olduqca vacibdir. Bu, məhz belə işləyir: ölkə daxilində əldə etdiyimiz bütün güclü mövqelər müharibədən sonrakı danışıqlarda da güclü mövqelərimizə çevrilir. Hər bir döyüşçüyə təşəkkür edirəm! Sizinlə fəxr edirəm! Bütün Quru Qoşunlarımıza təşəkkür edirəm - bu gün xüsusilə sizin gününüzdür. Təşəkkür edirəm, uşaqlar", - deyə Zelenski paylaşımında qeyd edib.

Qeyd edək ki, Ukrayna Milli Qvardiyasının "Azov" Nizamnamə Korpusu Ukrayna hərbçilərinin Kupyanskın bir neçə şimal rayonunu azad etdiyini bildirib.

"Rusiyanın təchizat yolları bağlanıb və bir neçə yüz rusiyalı hərbçi mühasirəyə alınıb", - deyə korpus özünün "Telegram" kanalında yazıb.

 

Link kopyalandı!
Son xəbərlər