CHP sədri Özgür Özelin deputat toxunulmazlığı ləğv edilir?
Dünya
174
18:35, Bu gün

CHP sədri Özgür Özelin deputat toxunulmazlığı ləğv edilir?

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel də daxil olmaqla yeddi millət vəkilinin toxunulmazlıq dosyesi Milli Məclisə təqdim edilib.

Bu barədə Moderator.az DHA-ya istinadən xəbər verir.

Məlumata görə, deputatların toxunulmazlığının ləğvini tələb edən prezident fərmanları Böyük Millət Məclisinin sədrinə göndərilib.

Toxunulmazlığının ləğvi tələb olunan adlar arasında Ö.Özel ilə yanaşı, CHP qrup sədrinin müavini və Mersin millət vəkili Ali Mahir Başarır, CHP İstanbul millət vəkili Cemal Enginyurt, CHP Edirne millət vəkili Ahmet Baran Yazgan, CHP Zonguldak millət vəkili Deniz Yavuzyılmaz, İYİ Partiyasının Qaziantep millət vəkili Mehmet Mustafa Gürban və İYİ Partiyasının Muğla millət vəkili Metin Ergun da var.

Toxunulmazlıq dosyeləri Türkiyə Böyük Millət Məclisinin Aparatı tərəfindən nəzərdən keçirilməsi üçün Konstitusiya və Ədalət üzrə Birgə Komitəyə göndərilib.

Link kopyalandı!
Son xəbərlər