Ukrayna dronları Krımda Rusiyanın An-26 təyyarəsi və iki radiolokasiya stansiyasını məhv edib - VİDEO
Dünya
264
18:25, Bu gün

Ukrayna dronları Krımda Rusiyanın An-26 təyyarəsi və iki radiolokasiya stansiyasını məhv edib - VİDEO

Ukrayna hərbi kəşfiyyatı Krımda Rusiya ordusunun An-26 təyyarəsini və iki radiolokasiya stansiyasını məhv edib.

Moderator.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi “Telegram” kanalında əməliyyatın video görüntülərini paylaşıb.

Əməliyyat zamanı pilotsuz uçuş aparatları An-26 hərbi-nəqliyyat təyyarəsini və S-300/S-400 hava hücumundan müdafiə komplekslərinin “gözləri” rolunu oynayan iki radiolokasiya sistemini məhv edib.

 

Link kopyalandı!
Son xəbərlər