Dursun Özbek: Hacıosmanoğlu tərəfsizliyini itirib, TFF
Dünya
234
17:39, Bu gün

Dursun Özbek: Hacıosmanoğlu tərəfsizliyini itirib, TFF "Qalatasaray"a nifrətlə idarə olunur

"Qalatasaray"ın prezidenti Dursun Özbekin mətbuat konfransı keçirilib.

Moderator.az xəbər verir ki, o, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunun açıqlamalarına cavab verib: "Artıq susmaq mümkün deyil. TFF prezidenti vacib matçımızdan əvvəl kameraların qarşısına keçərək tərəfsizliyini itirib. Türk futbolunda başqa problem yoxmuş kimi o, kameralar qarşısında bizi tənqid edir. Bizim Çempionlar Liqasında matçımızın olması milli qürur deyilmi? Sonra da "Qalatasaray"ın uğur qazanmasını arzulayır. Bu açıqlamalarla əslində "Monako"ya uğur arzulayıb".

Özbek "Fənərbaxça" - "Qalatasaray" derbisi ilə bağlı Hacıosmanoğlu ilə görüşdüklərini bildirib: “Videonu izlətdik. Video ilə bağlı cənab prezident "həmin oyunda "Fənərbaxça"nın haqqı yeyilib" deyə açıqlama verdi. Biz sizdən ədalət tələb edərkən komanda ayrı-seçkiliyi etmirik. İstər "Qalatasaray" olsun, istər "Beşiktaş", istərsə də "Fənərbaxça" - əgər haqsızlıq varsa, bunun ardınca mütləq cəza verilməlidir. Siz isə "cəza verəcəkdik", "siz gəldiniz, cəzanı verməkdən vaz keçdik" deyirsiniz. Belə ədalət anlayışı ola bilərmi?"

Klub prezidenti TFF-nin komandaya qarşı xüsusi nifrət bəslədiyini vurğulayıb: “Bu gün çatdığımız məqam son dərəcə aydındır. Hazırkı futbol federasiyasının "Qalatasaray"a münasibəti danılmaz hala gəlib. Bütün azarkeşlərimiz bilməlidir ki, TFF "Qalatasaray"a nifrətlə idarə olunur".

Qeyd edək ki, TFF prezidenti İbrahim Hacıosmanoğlu "Manako" - "Qalatasaray" (1:0) matçından öncə mətbuat konfransında "Fənərbaxça" - "Qalatasaray" derbisi (1:1) və "Qalatasaray" - "Samsunspor" (3:2) matçında yaşanan mübahisəli epizodlar barədə açıqlama vermişdi.

Link kopyalandı!
Son xəbərlər