Türkiyə Ukraynanı Rusiyaya ərazi güzəştləri etməyə çağırdı
Dünya
258
17:15, Bu gün

Türkiyə Ukraynanı Rusiyaya ərazi güzəştləri etməyə çağırdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan hərbi əməliyyatların dayandırılması məqsədilə Ukraynanı ərazi güzəştlərinə getməyə çağırıb.

Moderator.az xəbər verir ki, məlumatı "CNN Türk" yayıb.

"Həqiqətən də, bəzi seçimlər və müəyyən məqamlar Ukrayna üçün çox çətindir. Amma bu yolla daha ağır itkilərin qarşısını almaq mümkündür", - deyə H.Fidan bildirib.

Nazir bildirib ki, Ukrayna tərəfi xüsusən də ərazi məsələsi ilə bağlı onun üçün çətin olan seçimi etməlidir. Nazir əlavə edib ki, Avropa müəyyən qərarların qəbulunda Ukraynaya dəstək olmalıdır.

H.Fidan Kiyev üçün təhlükəsizlik zəmanətləri məsələsini həll etməyin asan olmadığını qeyd edib. Türkiyə XİN rəhbəri vurğulayıb ki, ölkəsi tərəflər arasında sülh prosesinə dəstək olmağa davam edir və zərurət yaranarsa, danışıqlarda iştirak etməyə hazırdır.

Link kopyalandı!
Son xəbərlər