Kamboca DİN: Tailandla sərhəddə 10-dan çox insan ölüb
Dünya
240
16:58, Bu gün

Kamboca DİN: Tailandla sərhəddə 10-dan çox insan ölüb

Kamboca və Tailand sərhədində kəskinləşən münaqişə 11 kambocalının ölümünə, daha 76 nəfərin yaralanmasına səbəb olub.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kamboca Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, ötən həftənin sonundan Tailandın Kamboca sərhəd ərazisinə etdiyi fasiləsiz hücumlar 270 min kambocalını evlərini tərk etməyə məcbur edib.

Krallıq hakimiyyəti, Tailandla sərhədə yaxın altı əyalətdəki 900-dən çox məktəbin müvəqqəti bağlanması barədə qərar qəbul edib.

Link kopyalandı!
Son xəbərlər