19:26
10°C
Bakı
Ukrayna ordusu Xarkov vilayətində yerləşən Kupyansk şəhərinə aparan bütün yolları tamamilə bağlayaraq şəhərdə olan Rusiya ordusunun hissələrini mühasirəyə alıb.
Moderator.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” məlumat yayıb.
Ukrayna ordusunun komandanlığın məlumatına görə, müdafiə qüvvələri Rusiya ordusunun Kupyanskda olan bölmələrini blokadaya alıb və şəhərin bütün şimal-qərb kənarını təmizləyib.
Bundan əlavə, şəhər yaxınlığındakı Kondraşovka və Radkovka kəndləri və onların ətrafı azad edilib.
Bildirilir ki, mühasirəni yarmaq cəhdləri dəf edilir.