Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Prezident Ərdoğan Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümü münasibətilə Aşqabadda Rusiya lideri Putinlə bir araya gəlib.
Kremlin sözçüsü Dmitri Peskov isə açıqlamasında bildirib ki, Rusiya Türkiyənin Ukraynadakı münaqişənin həllinə kömək etmək istəyini alqışlayır.
"Türkiyə prezidenti (Rəcəb Tayyib Ərdoğan) Aşqabad Sülh və Etimad Forumunda çıxış edərkən Türkiyənin Ukraynada sülh prosesinə vasitəçilik etməyə hazır olduğunu bildirib ki, bu da ölkəmiz tərəfindən alqışlanır", - deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.