Tailandın baş naziri parlamenti buraxdı
Dünya
237
12:38, Bu gün

Tailandın baş naziri parlamenti buraxdı

Tailand parlamenti buraxılıb. Bu qərar Kamboca ilə qanlı döyüşlərin getdiyi ölkədə gələn ilin əvvəlində yeni seçkinin keçirilməsi üçün verilib.
 
Bu barədə Oxu.az "ABC News" nəşrinə istinadən xəbər verir.
 
Məlumata görə, Tailandın Baş naziri Anutin Çarnvirakul ölkə kralı Maha Vadjiralonqkornun razılığını aldıqdan sonra Nümayəndələr Palatasını buraxıb. Qərar "Kral qəzeti"ndə dərc edildikdən sonra qüvvəyə minib.
 
Baş nazir, həmçinin "Facebook" səhifəsində paylaşım edərək qərarını elan edib.
 
"Mən hakimiyyəti xalqa qaytarmaq istərdim", - deyə o, paylaşımda yazıb.
 
Məlumata görə, Tailandda seçkinin kralın təsdiqindən 45-60 gün sonra keçirilməsi planlaşdırılır. Bu müddət ərzində A.Çarnvirakul məhdud səlahiyyətlərlə müvəqqəti hökumətə rəhbərlik edəcək və hökumət yeni büdcəni təsdiqləyə bilməyəcək.
 
Link kopyalandı!
Son xəbərlər