Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında sülh sazişinin ən qısa zamanda bağlanacağına ümid edir.
Moderator.az-ın xəbərinə görə, bu barədə Tokayev Türkmənistanın paytaxtı Aşqabadda keçirilən "Beynəlxalq sülh və etimad ili - 2025" forumunda çıxışı zamanı bildirib.
"Avqust ayında iki ölkə arasında bəyannamənin imzalanması tarixi əhəmiyyət kəsb edir və Cənubi Qafqazda, onun hüdudlarından kənarda çoxşaxəli əməkdaşlıq üçün geniş perspektivlər açır", - deyə Tokayev qeyd edib.