Ukrayna və ABŞ rəsmiləri təhlükəsizlik təminatlarına dair məsələləri müzakirə ediblər.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, bu təminatlarla bağlı konkret çərçivənin yaxın vaxtlarda formalaşdırılması gözlənilir.
Zelenski bildirib ki, danışıqlarda ABŞ-ni dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Prezident Donald Trampın kürəkəni Cared Kuşner və bir sıra yüksək rütbəli amerikalı generallar təmsil edib.
NATO-nun baş katibi Mark Rüttenin də iştirak etdiyi danışıqlarda Ukraynanın təhlükəsizliyinin təmin olunması və Rusiyanın yeni hücumunun qarşısının alınmasında ABŞ-nin rolunun əhəmiyyətinə toxunulub.
Tərəflər yaxın vaxtlarda təhlükəsizlik təminatları ilə bağlı yekun çərçivə sazişi üzərində işləmək barədə razılığa gəliblər.