Amerikalı tədqiqatçılar insan beynilə xarici cihazlar arasında tam simsiz əlaqə quran ultra-nazik çip hazırlayıblar.
Moderator.az xəbər verir ki, “Nature” jurnalında dərc olunan məlumatlara görə, bu texnologiya gələcəkdə sinir və psixi pozuntuların müalicəsində yeni mərhələ yarada bilər.
Rəsmi məlumata əsasən, Kolumbiya Universitetinin professoru Ken Şepard çipi belə təsvir edib”:
“Bu ayrıca bir çipdir”, – o qədər nazikdir ki, beyinlə kəllə arasındakı boşluğa yaş kağız parçası kimi sürüşərək yerləşdirilə bilir”.
Miniatür, amma güclü beyin–internet körpüsü
Yeni çipin ölçüsü cəmi 3 mm-dir və 65 mindən çox elektroddan ibarətdir. O, xaricdə yerləşən retranslyasiya stansiyası ilə 100 Mbit/s sürətlə simsiz işləyir. Wi-Fi 802.11 protokoluna əsaslanması isə çipin süni intellekt sistemlərinə və digər cihazlara birbaşa qoşulmasına imkan verir.
Alimlərin fikrincə, bu yenilik həm beyin xəstəliklərinin müalicəsində inqilab yaradacaq, həm də insan–kompüter inteqrasiyasının real mərhələyə keçdiyini göstərir”.
(Musavat)