Kiyevdə iki partlayış: bir naqvardiyaçı həlak oldu, dörd nəfər yaralandı
Dünya
368
21:43, Bu gün

Kiyevdə iki partlayış: bir naqvardiyaçı həlak oldu, dörd nəfər yaralandı

Kiyev Şəhər Prokurorluğunun məlumatına görə, paytaxtın Darnitsa rayonunda baş verən ilk partlayış zamanı əraziyə nəzarət edən iki naqvardiyaçıdan biri həlak olub.

Moderator.az xəbər verir ki, ikinci naqvardiyaçı və yaxınlıqdakı obyektin mühafizəçisi yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili yardım əməkdaşları gəldikdən sonra ikinci partlayış baş verib. Bu zaman iki polis əməkdaşı xəsarət alıb.

İstintaq: hadisə terror aktı kimi araşdırılır

Prokurorluq bildirir ki, baş verənlər Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 3-cü hissəsi – ölümlə nəticələnən terror aktı kimi araşdırılır.

Artıq müəyyən edilib ki, partlayışa özəl hazırlanmış partlayıcı qurğu səbəb olub. 


 

(Musavat)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər