Amerika Birləşmiş Ştatları öz generalını gələcəkdə beynəlxalq stabilizasiya qüvvələrinin komandanı vəzifəsinə təyin etmək istəyir.
Moderator.az xəbər verir ki, məlumatı "Axios" yayıb.
Nəşrin məlumatına görə, ABŞ-nin BMT yanında daimi nümayəndəsi Mayk Uolts İsrailə ilk səfəri zamanı ölkənin Baş naziri Benyamin Netanyahuya bu generalla şəxsən tanış olduğunu bildirib və onun "çox ciddi adam" olduğunu deyib. Uolts, eyni zamanda, İsrail rəhbərini əmin edib ki, ABŞ generalının komandan təyin edilməsi sonrakı nizamlanma prosesinin gedişində Avropa dövlətlərinin maraqlarını təmin etməlidir.
"Axios" mənbələri onu da qeyd edirlər ki, ABŞ hazırda stabilizasiya qüvvələrinin formalaşdırılmasını yekunlaşdırmaq üzrədir. Bununla yanaşı, bildirilir ki, ABŞ hərbçiləri Qəzzada təhlükəsizliyin təmin olunmasında birbaşa iştirak etməyəcək.