21:43
10°C
Bakı
Ermənistan bütün hüquq və öhdəliklərini saxlayaraq KTMT-nin tamhüquqlu üzvü olaraq qalır.
Moderator.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə təşkilatdakı tərəfdaşların tamhüquqlu işinin bərpasına heç bir maneə yoxdur.
"Ermənistanın KTMT-dəki iştirakının guya dondurulmasına gəldikdə isə, bu, sadəcə söz oyunudur. Belə bir forma təşkilatın hüquqi normativ bazasında nəzərdə tutulmayıb", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.