Finlandiya gözəli irqçilikdə ittiham olunaraq tacından məhrum edilib
Dünya
326
18:40, Bu gün

Finlandiya gözəli irqçilikdə ittiham olunaraq tacından məhrum edilib

Finlandiya gözəli Sara Dzafçe irqçilikdə ittiham olunaraq gözəllik kraliçası tacını itirib.

Moderator.az xəbər verir ki, bu barədə "Miss Finlandiya" müsabiqəsinin təşkilat komitəsi məlumat yayıb.

Qalib titulu müsabiqənin digər iştirakçısı Tara Lextonenə verilib.

Məlumata görə, Dzafçe "Jodel" mesajlaşma proqramında barmaqları ilə gözlərini qıymış vəziyyətdə foto paylaşdıqdan sonra irqçilikdə günahlandırılıb. O, başlıqda "Çinli oğlanla yemək" yazıb.

Görüntülər Asiya xalqlarının ələ salınması kimi şərh olunub.

"Miss Finlandiya"nın təşkilatçıları heç bir formada irqçilik və ya ayrı-seçkilik davranışının qəbul edilmədiyini açıqlayıblar.

Təşkilatçılar baş verənlərə görə üzr istəyib və fəaliyyətlərində hörmət, bərabərlik, məsuliyyət və insan ləyaqəti prinsiplərini rəhbər tutduqlarını bəyan ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər