Almaniya XİN rəhbəri: Rusiyanın hibrid hücumlarına cavab verilməlidir
Dünya
120
18:09, Bu gün

Almaniya XİN rəhbəri: Rusiyanın hibrid hücumlarına cavab verilməlidir

Mülki infrastrukturumuza Rusiya tərəfindən edilən kiberhücumlar, dron həmlələri və logistik mərkəzlərimizin hədəfə alınması adekvat cavab tələb edir.

Moderator.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Berlində NATO-nun Baş katibi Mark Rutte ilə birgə iştirak etdiyi panel müzakirəsində deyib.

O, ölkəsinin Ukraynaya dəstəyinin davam edəcəyini bildirib və Almaniyanın NATO blokunun güclənməsi üçün gördüyü işlər barədə məlumat verib.

Almaniyanın ali diplomatı Rusiyanın Avropanı hədəfə alan hibrid hücumlarına lazımi cavab verilməsinin əhəmiyyətinə diqqət çəkib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər