Qazaxıstanın Almatı şəhərində, "Almatı-2" vağzalında qatarda 52 nəfər qazdan zəhərlənib.
Moderator.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, zərərçəkənlərə yardım göstərmək üçün 13 təcili yardım briqadası səfərbər edilib.
Şəhər səhiyyə idarəsindən verilən məlumata görə, bütün zərərçəkənlər müayinə və tibbi yardım üçün şəhər xəstəxanalarına aparılıblar.
"Müayinənin nəticələrinə əsasən, 10 uşaq xəstəxanaya yerləşdirilib, onlardan ikisi reanimasiya şöbəsində, qalanları isə ixtisaslaşdırılmış şöbələrdədir", - deyə səhiyyə idarəsindən bildirilib.
Hadisənin təbii qazdan zəhərlənmədən baş verdiyi iddia olunur. Bununla belə, yerli dəmiryolu təşkilatı hadisəyə dəm qazının səbəb olduğunu bəyan edib.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.