21:13
10°C
Bakı
BMT-nin Baş Assambleyası Çernobıl qəzası ilə bağlı qətnamə qəbul edib.
Moderator.az xəbər verir ki, məlumatı "Obşestvennoye" "Telegram" kanalı yayıb.
Qətnamə qurumun sənədlərində adın "Chornobyl" Ukrayna transliterasiyasını rəsmi şəkildə təsdiqləyib. Qeyd edək ki, əvvəl bu ad üçün "Chernobyl" transliterasiyası qəbul edilmişdi.
Qətnamə ilə təşəbbüs Ukraynadan gəlib. 97 ölkə sənədi təsdiqləyib, 39 ölkə bitərəf qalıb. Əleyhinə səs verənlər arasında Rusiya, ABŞ, Belarus, Çin və daha dörd dövlət olub.