Dünya
115
17:40, Bu gün

"Taliban" əfqanlara xaricdə döyüşməyi qadağan etdi

"Taliban"ın təxminən 1000 nəfər üləmanın iştirakı ilə keçirilən böyük qurultayında beş bənddən ibarət fətva qəbul olunub.

Moderator.az xəbər verir ki, məlumatı "Aaj English TV" yayıb.

Fətvaya görə, əfqanlara hərbi əməliyyatlarda iştirak etmək üçün xaricə getmək qadağan edilir və hökumət bu cür cəhdlərin qarşısını almağa və qanunu pozanları cəzalandırmağa borcludur.

Eyni zamanda, qərara əsasən, Əfqanıstan ərazisindən digər dövlətlərə qarşı istifadə etmək qadağan olunur. Bu qadağa Pakistanla münasibətlərin gərginləşməsi fonunda qəbul edilib. Pakistan tərəfi talibançıları "Texrik-e-Taliban Pakistan" terror qruplaşmasına dəstəkləməkdə günahlandırır. Kabul isə bu ittihamları rədd edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər