18:46
10°C
Bakı
NATO-nun Baş katibi Mark Rutte Qərb ölkələrini müharibəyə hazırlaşmağa çağırıb.
Moderator.az xəbər verir ki, Rutte bu barədə Berlində Münhen Təhlükəsizlik Konfransının təşkilatçılığı ilə keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, Ukraynadan sonra Rusiyanın növbəti hədəfi NATO-dur.
“Biz babalarımızın və onların valideynlərinin dözmək məcburiyyətində qaldığı miqyasda bir müharibəyə hazır olmalıyıq”, Rutte vurğulayıb.
Baş katib iddia edib ki, Rusiya üçün həyati rol oynayan ölkə Çindir və əgər Çin olmasaydı, Rusiya bu qədər uzun müddət müharibə apara bilməzdi.
“Bəziləri çox rahatdır və məsələnin əhəmiyyətini başa düşmürlər. Çoxları elə düşünür ki, zaman bizim xeyrimizə işləyir. Xeyr, bu belə deyil”, - NATO Baş katibi xəbərdarlıq edib.