Rusiya ordusu Ukraynanın Sumı vilayətini bombalayıb, ölənlər və yaralananlar var
Dünya
107
17:28, Bu gün

Rusiya ordusu Ukraynanın Sumı vilayətini bombalayıb, ölənlər və yaralananlar var

Rusiya ordusu bu gün günorta saatlarında Sumı vilayətinin Velıkopısarevska icmasında yerləşən mağazaya idarə olunan aviasiya bombası atıb. Nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Sumı Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorova istinadən məlumat yayıb.

“Velıkopısarevska icmasında ruslar mağazaya idarə olunan aviasiya bombası atıblar. Zərbə elə anda endirilib ki, mağazanın içərisində insanlar olub”, – Qriqorov bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində iki nəfər – satıcı və yerli sakin həlak olub. Onların meyitləti dağıntılar altından çıxarılıb. Mağazada olan digər iki nəfər yaralanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər