Bolqarıstanın baş naziri hökumətin istefasını elan etdi
Dünya
123
17:00, Bu gün

Bolqarıstanın baş naziri hökumətin istefasını elan etdi

Bolqarıstanın Baş naziri Rosen Jelyazkov genişmiqyaslı etiraz aksiyaları fonunda və parlamentdə kabinetə etimadla bağlı səsvermə öncəsi hökumətin istefasını elan edib.

Bu barədə Moderator.az TASS-a istinadən məlumat verir.

"Bizim koalisiyamız son vaxtlar baş verən hadisələri müzakirə etdi. Şübhə yoxdur ki, hökumətimiz parlamentdə dəstək alacaqdı və etimadsızlıq səsverməsi uğursuz olacaqdı. Lakin bizim istəyimiz ictimai tələblərin səviyyəsində olmaqdır. Hakimiyyət xalqdan asılıdır və biz etirazçıların səslərini eşidirik, onların tələblərinə uyğun hərəkət etməliyik. Hökumətin istefası barədə həm gənclər, həm də yaşlılar danışıblar və bu vətəndaş enerjisi dəstəklənməlidir. Sizə bildirirəm ki, etimadsızlıq səsverməsindən əvvəl hökumət istefa verir", - deyə Rosen Jelyazkov qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər