18:04
10°C
Bakı
Polşa 2009-cu ildə ləğv olunmuş ümumi hərbi mükəlləfiyyəti bərpa etməlidir.
Moderator.az xəbər verir ki, respublikanın Milli təhlükəsizlik bürosunun rəhbəri Slavomir Sentskeviç bu barədə RMF FM radiostansiyasına açıqlamasında bildirib.
"Orduya çağırışı ləğv edənlərin onu bərpa etməsi üçün yaxşı zəmin yaranıb", - deyə məmur bildirib.
Onun sözlərinə görə, Polşada "təhlükə barədə açıq danışmağa başlamalı, o cümlədən cəmiyyəti bu təhlükələrə hazırlamalıdırlar".
Qeyd edək ki, Polşa vətəndaşlarının əksəriyyəti ümumi hərbi mükəlləfiyyətin bərpa olunmasının lehinədir. "Wirtualna Polska" saytının sifarişi ilə "United Surveys" mərkəzinin keçirdiyi sorğuya görə, respondentlərin 59.4% səfərbərliyin lehinə, 30.9% əleyhinə münasibət bildirib.