Portuqaliyada son 12 ildə ilk dəfə ümumxalq tətili başladı
Dünya
175
16:40, Bu gün

Portuqaliyada son 12 ildə ilk dəfə ümumxalq tətili başladı

Dekabrın 11-də Portuqaliyada iki iri həmkarlar təşkilatı son 12 ildə ilk dəfə müştərək tətilə başlayıblar.

Moderator.az "Bloomberg"ə istinadən xəbər verir ki, onlar baş nazir Luiş Monteneqru başda olmaqla hökumətin əmək qanunvericiliyindəki islahatlarına etiraz edirlər.

Tətil bütün ölkə ərazisində nəqliyyat, səhiyyə və kommunikasiya xidmətlərində fasilələrin yaranmasına səbəb ola bilər.

Hava limanlarında personalın ixtisar olunması reyslərin yubanması ilə nəticələnəcək. Xəstəxanalar isə artıq minimal rejimdə çalışır, orada yalnız təcili xidmətlər həyata keçirilir. Bir çox məktəblər bağlanıb. Bələdiyyələr zibildaşıma və digər xidmətlərin işində fasilələr olacağı barədə xəbərdarlıq edib.

Baş nazir Monteneqru etirazları "anlaşılmaz" adlandırıb və onların siyasi motiv daşıdığını bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər