Dünya
314
14:31, Bu gün

"Habertürk"ün sabiq baş redaktoru Mehmet Akif Ersoy ittihamları rədd etdi

Türkiyədə "Narkotik maddələrin istifadəsi üçün yer və imkan təmin etmək" və "Ətrafındakı qadınları cinsi əlaqəyə məcbur edərək maddi mənfəət əldə etmək" ittihamları üzrə saxlanılan "Habertürk" telekanalının baş redaktoru Mehmet Akif Ersoyun prokurorluğa ifadə verib.
 
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, Mehmet Akif Ersoy ifadəsində ittihamları rədd edib.
 
"Mənə qarşı irəli sürülən iddiaları qəti şəkildə rədd edirəm. Həyatımda heç vaxt narkotik maddələrdən istifadə etməmişəm. Bu iddialar çox çirkindir.
 
Cinsi əlaqə ilə bağlı iddiaların hamısı yalandır.
 
Körpüdə qəzaya düşdüyüm zaman narkotikin təsiri altında olmamışam. Bununla bağlı polis protokolu var.
 
Dostlarımın telefonlarından narkotik maddələr sifariş etməyimlə bağlı iddialar yalandır.
 
Fevral ayında qeyd etdiyiniz iddialara bənzər bir "X" hesabı açılmışdı. Bu iddiaların bir qismi həmin "X" hesabında yazılmışdı. Bu tvitlərlə bağlı məhkəməyə müraciət etdik, cinayət işi qaldırdıq. O zaman kimin istifadə etdiyini müəyyən edə bilmədik. Deyəcəklərim bundan ibarətdir", - M.A.Ersoy bildirib.
 
Xatırladaq ki, Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaq zamanı saxlanılan "Habertürk" telekanalının baş redaktoru Mehmet Akif Ersoy, həmçinin vəzifəsindən azad edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər