Bizi sosial şəbəkələrdən izləyin:
Yer kürəsində maqnit qasırğası başlayıb və mütəxəssislər onun G2.3 səviyyəsində olduğunu müəyyən ediblər.
Moderator.az Kp.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.
Maqnit qasırğasına gözlənilmədən Yerə doğru gələn Günəş plazmasının atılması səbəb olub. Alimlər iddia edirlər ki, plazma buludu əvvəlcə kənara doğru hərəkət edib, lakin sonra Yer kürəsi yaxınlığında peyda olub və planetə kifayət qədər güclü zərbə endirib və bu da maqnitosferdə şiddətli reaksiya yaradıb.
"Bu plazmanın gəlməsinin modellərdə əks olunmaması faktının özü uzunmüddətli proqnoz qurmağa imkan vermir. Buna baxmayaraq, güclü qasırğalar gözlənilmir, çünki zərbə buludun kənarından gəlir. Lakin dekabr ayı ərzində Günəşdə hər şey qarışıq şəkildə baş verir və buna görə hər şey gözləmək olar", - deyə məlumatda qeyd edilib.