Dünya sərvətinin yarısından çoxu 10% insanın əlində cəmləşib
Dünya
224
08:34, Bu gün

Dünya sərvətinin yarısından çoxu 10% insanın əlində cəmləşib

"2026 Dünya Bərabərsizlik Hesabatı"na əsasən, dünya əhalisinin cəmi 0,001 faizini təşkil edən 60 mindən az insan planetin ən yoxsul yarısının sahib olduğundan üç dəfə çox sərvətə malikdir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazır.
 
Hesabat 200 tədqiqatçı tərəfindən hazırlanıb. Onlar müəyyən ediblər ki, dünyanın demək olar ki, bütün regionlarında ən varlı 1 faiz insanın sərvəti ən yoxsul 90 faizdən daha çoxdur. 2025-ci ildə sərvətin bölgüsü üzrə bərabərsizlik sürətlə artıb.
 
Qeyd edilir ki, dünyanın varlı 10 faizinin əlində ümumi sərvətin 75 faizi, planet əhalisinin yarısında isə cəmi 2 faizi cəmlənib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər