01:52
10°C
Bakı
Dekabrın 10-da Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) dəniz dronları Qara dənizdə Rusiyanın sanksiya tətbiq edilmiş tankerinə hücum edib.
Moderator.az bildirir ki, bu barədə "RBK-Ukrayna" UTX-dəki mənbələrinə istinadən xəbər verib.
Məlumata görə, Rusiyanın "kölgə donanması"na aid olan tanker dron zərbələrindən sonra sıradan çıxıb.
Gəminin maskalanmaq üçün Komor adaları bayrağı altında üzdüyü qeyd edilir. Məlumata görə, əməliyyat Ukraynanın eksklüziv iqtisadi zonasında keçirilib.
Tankerin təxmini dəyəri 30 milyon dollardır və bir səfərdə 60 milyon dollar dəyərində neft daşıya bilər.
Xatırladaq ki, Qara dənizdə noyabrın 28-də "Kairos" və "Virat", dekabrın 2-də isə "Midvolga" tankerləri hücuma məruz qalıb.