23:56
10°C
Bakı
Gürcüstan kimdənsə və ya nədənsə asılı ola bilməz, bu bizim əsas motivasiyamızdır.
Moderator.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “Pos TV” kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Gücüstan kiçik ölkə olsa da, imkanlarına, milli maraqlarına, gələcəyinə, sülh və sabitlik siyasətinə inanır.
“Biz mövcud çağırışlara əsaslanan düşünülmüş və praqmatik siyasət aparırıq”, - Kavelaşvili əlavə edib.
Prezident qeyd edib ki, Gürcüstan ikili standartlara, təhqirlərə və ədalətsiz yanaşmaya baxmayaraq Avropa ilə dialoqa hər zaman hazırdır:
“Biz Avropanın dəyərini bilirik, buna görə də ondan imtina edə bilmirik və bu yanaşmanı davam etdirirk. Eyni fikri NATO haqqında da söyləmək olar”.