Almaniya höküməti: Ukraynaya dair sülh planı üzərində intensiv iş davam etdiriləcək
Dünya
1925
10 Dec 2025 | 21:57

Almaniya höküməti: Ukraynaya dair sülh planı üzərində intensiv iş davam etdiriləcək

Ukrayna münaqişəsinin tənzimlənməsinə dair sülh planı üzərində intensiv iş yaxın günlərdə də davam etdiriləcək.

Moderator.az xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius kansler Fridrix Merzin ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığından sonra açıqlayıb.

Korneliusun sözlərinə görə, dörd lider Ukraynada atəşkəs danışıqlarının gedişatını müzakirə ediblər.

“Sülh planı üzərində intensiv iş yaxın günlərdə də davam etdiriləcək”, - deyə o bildirib.

Rəsmi nümayəndə əlavə edib ki, dövlət və hökumət başçıları hazırkı mərhələni “Ukrayna və bütövlükdə Avroatlantik məkanın təhlükəsizliyi üçün həlledici an” kimi qiymətləndiriblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər