Dünya
641
21:50, Bu gün

"Fransada sağçılar fahişəxanaların kooperativ kimi bərpasını təklif edir" - "Le Monde"

"Ultrasağçıların təşəbbüsü ölkədə illərdir davam edən fahişəlik siyasətini yenidən gündəmə gətirib..."

Fransanın "Milli Birlik" partiyası gözlənilməz qanun layihəsi ilə gündəmə gəlib: 1946-cı ildən bəri qadağan olunan fahişəxanaların yenidən fəaliyyətinə icazə verilməsi təklif olunur.

Moderator.az xəbər verir ki, bu barədə "Le Monde" nəşri yazıb.

Fahişəxanalar geri qayıdır?

Təşəbbüs müəllifi, 39 yaşlı deputat Jan-Filipp Tanji fahişəxanaların kooperativ prinsipi ilə, seks-işçilərin özləri tərəfindən idarə olunmasını istəyir. O, bununla həm istismar hallarının, həm də təhlükəli iş şəraitinin qarşısını almağın mümkün olacağını bildirir. Marin Le Pen də layihəni dəstəkləyib və bu mövzunun yaxın günlərdə parlamentə çıxarılacağı gözlənilir.

"İmperatorlar öz səltənətində": iş şəraiti və təhlükəsizlik arqumentləri

Tanji bildirir ki, illər əvvəl seks-işçilərə yardım edən təşkilatda könüllü kimi çalışıb və bu sahədəki real vəziyyəti görüb. Onun sözlərinə görə, hazırkı qadağalar qadınları daha təhlükəli yerlərdə işləməyə məcbur edir: "Onları döyürlər, bəzən boğazlarını kəsirlər və heç kim bundan danışmır!"

Yeni sistem fahişəliyi rəsmi əmək fəaliyyəti kimi tanıyacaq, seks-işçilərə sığorta, pensiya və işsizlik müavinəti kimi hüquqlar verəcək. Tarixi məlumatlara əsasən, Fransada fahişəxanalar 1804-1946-cı illərdə qanuni fəaliyyət göstərib. Tanji bu modelin kooperativ formasında yenilənməsinin həm təhlükəsizlik, həm də şəffaflıq baxımından daha ədalətli olacağını deyir.

Cəmiyyətin reaksiyası və siyasi fon

Fransada bu təklif illərdir davam edən siyasətə ziddir. 2016-cı ildə prezident Fransua Ollandın dövründə qəbul olunan qanun fahişəxana müştərilərini cərimələyir və seks'işçilərin sosial reabilitasiyasını hədəfləyirdi. Ultrasağçılar həmin vaxt buna qarşı çıxmışdılar. Bununla belə, ictimai rəy gözlənildiyindən daha müsbətdir: "Ifop"-un sorğusuna görə, fransızların 74 faizi fahişəxanaların leqallaşdırılmasını dəstəkləyir.

2024-cü ilin statistikasına görə, təkcə bir ildə 1519 qadın sutenyor zorakılığının qurbanı olub və onların 42 faizi yetkinlik yaşına çatmayanlardır. Bu rəqəmlər təşəbbüsün tərəfdarlarına görə qanun layihəsini daha da aktuallaşdırır. "Milli Birlik" partiyasının hazırkı xətti isə diqqət çəkir: Tanji açıq geydir, abort hüququnu və LGBTQ tədbirlərini dəstəkləyir, bu isə partiyanın ənənəvi ultrasağçı gündəmindən xeyli fərqlənir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər