Rubio
Dünya
264
21:20, Bu gün

Rubio "Calibri" şriftindən imtina etməyi tapşırdı

ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin rəsmi sənədlərində "Calibri" şriftinin istifadəsinin dayandırılması və "Times New Roman" şriftinə qayıdılması barədə göstəriş verib.

Moderator.az bu barədə "The New York Times" nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Rubio keçmiş prezident Co Baydenin administrasiyasının "Times New Roman" şriftinin istifadəsindən imtina etmək qərarını "gərəksiz mədəni müxtəliflik siyasəti aparmaq cəhdi" adlandırıb.

O bildirib ki, köhnə şriftə qayıtmaq departamentin yazılı sənədlərinə xoş görkəm və peşəkarlıq qaytaracaq. Rubio "Calibri" şriftini kifayət qədər rəsmi olmayan kimi xarakterizə edib ki, bu da nazirliyin rəsmi blanklarına mənfi təsir göstərib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər