"Avropa ABŞ-ın pulları olmadan Ukraynanı xilas etməyəcək..."
Papa Lev XIV ABŞ prezidenti Donald Trampın Avropa ilə bağlı son bəyanatlarını şərh edib. Tramp Avropanı "çöküşdə" və liderlərini "zəif" adlandırıb.
Moderator.az xəbər verir ki, bu barədə "Sky News" nəşri yazıb.
Papadan Trampın açıqlamalarına sərt mesaj
Papaya sual verilib ki, ABŞ-ın Ukrayna üçün sülh planı ədalətlidirmi, pontifik cavab verib ki, bunu şərh etmək istəməz, amma əlavə edib: "Təəssüf ki, bəzi açıqlamalar uzun illər davam edən ABŞ-Avropa ittifaqını sarsıdacaq böyük dəyişiklikləri göstərir".
O, Trampın və müşavirlərinin hazırladığı planın ABŞ-da bəzi insanlara xoş gələ biləcəyini, lakin digərləri üçün tamamilə fərqli göründüyünü vurğulayıb. Papa həmçinin Ukraynadakı hücumlar nəticəsində uşaqların və mülki infrastrukturların zərər gördüyünü qeyd edərək sülh dialoqunun davamının vacibliyini bildirib.
Avropanın maliyyə dəstəyi yetərsiz qalır
2025-ci ildə Avropa yalnız 4,2 milyard avro yeni hərbi yardım ayırıb, bu isə ABŞ-ın dəstəyi kəsildikdə Ukraynanın ehtiyaclarını qarşılamağa yetmir. 2022-2024-cü illərdə illik ortalama maliyyə yardımı 41,6 milyard avro idi, amma 2025-ci ildə bu rəqəm 32,5 milyarda düşüb.
Avropa ölkələri arasında fərqlilik böyükdür: Almaniya, Fransa və Böyük Britaniya artım göstərsə də, İtaliya və İspaniya dəstəyini ya azaldıb, ya da artırmayıb. Rusiyanın dobdurulmuş aktivlərinin istifadəsi Ukrayna üçün kritik əhəmiyyət daşıyır, çünki bu, həm maliyyə boşluğunu doldurur, həm də sülh danışıqlarında Kiyevə üstünlük verir.
Rusiya aktivləri və Avropada gərgin diplomatiya
"Financial Times" yazır ki, ABŞ və Avropa liderləri Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya kredit formasında yönəltmək üçün yollar axtarır. Avropa Komissiyası xüsusi səlahiyyətlərdən istifadə edərək, ölkələrin veto hüququnu keçməyə çalışır. Məqsəd Rusiyanın 210 milyard avro aktivini uzunmüddətli bloklamaqdır.
Macəra Orbanın veto riski və bəzi Avropa paytaxtlarının etirazı ilə müşayiət olunur. Britaniya naş naziri Kir Starmer hesab edir ki, aktivlərin azad edilməsi razılaşması günlər içində baş tutacaq, çünki sülh danışıqları kritik mərhələyə çatıb. Ukrayna həm hərbi, həm maliyyə baxımından Avropadan asılı qalır.