Kaliforniya ştatında atasını öldürməkdə ittiham olunan məşhur opera müğənnisinin oğlu ABŞ-də həbs edilib.
Bu barədə Moderator.az "ABC News" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Santa-Monika polisi 71 yaşlı Djubilant Sayksın dekabrın 8-də öz evində qətlə yetirildiyini bildirib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları müğənninin üzərində bıçaq yaraları aşkarlayıb.
Ölən şəxsin 31 yaşlı oğlu Mayk Sayks hadisə zamanı evdə olub. O, müqavimət göstərmədən polisə təslim olub və ona qarşı qətldə ittiham irəli sürülüb. Hadisə ilə bağlı araşdırma davam edir.
Polisin məlumatına görə, onları hadisə yerinə Sayksın həyat yoldaşı və şübhəlinin anası yönləndirib. Santa-Monika yanğındanmühafizə xidmətinin əməkdaşları müğənninin hadisə yerində öldüyünü təsdiqləyiblər. Cinayətdə istifadə edilən silah müsadirə edilib, lakin onun növü barədə təfərrüat açıqlanmayıb. Polis leytenantı Lyuis Qilmor qeyd edib ki, müğənninin oğlunun ruhi xəstəlik tarixçəsi olub, lakin hadisənin başvermə səbəbi hələ aydınlaşdırılmayıb. Polis hadisəni şəxsi evdə baş verən ailə faciəsi kimi qiymətləndirir, ictimaiyyət üçün heç bir təhlükə qeydə alınmayıb.
İş Los-Anceles Dairə Prokurorluğuna göndəriləcək.