Dünya
356
18:50, Bu gün

"Ukrayna üzrə yeni sülh çərçivəsi və Trampın təzyiqi: Qərbin narahatlığı artır" - "The Washington Post"

"Ümid və reallıq arasındakı boşluq..."

Ukrayna üçün nəzərdə tutulan sülh razılaşmasının konturları getdikcə daha aydın görünür. 

Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.

Hansı razılaşma masadadır?

Nəşr yazır ki, söhbət Ukraynanın suveren dövlət kimi qalması, təhlükəsizlik zəmanətləri, Aİ-yə sürətli inteqrasiya və ABŞ-Avropa investisiyaları hesabına yenidənqurma paketindən gedir.

Əsas təkliflər belədir:

- Avropa İttifaqı üzvlüyü - Ukrayna 2027-ci ildə qəbul edilə bilər. Bu, ticarət və investisiyaların artması, korrupsiyanın zəifləməsi deməkdir.

- Təhlükəsizlik təminatı - ABŞ və Avropa Ukraynanı Rusiya tərəfindən mümkün pozuntulardan qorumağı öhdəsinə götürür,NATO-nun 5-ci maddəsinə bənzər mexanizm nəzərdə tutulur.

- Suveren ərazi və ordu - Kiyev təqribən 800 minlik ordunu saxlayır.

- Demilitarizasiya və mümkün ərazi kompromisləri - Atəşkəs xətti boyunca silahsız zona yaradıla bilər, Donetskin kiçik hissəsi güzəşt mövzusu sayılır.

- Zaporojye AES - ABŞ-ın nəzarəti altında təhlükəsiz zona kimi idarə olunması müzakirə edilir.

- İqtisadi yenidənqurma - Rusiyanın dondurulmuş aktivlərindən 200 milyard dollar, əlavə olaraq ABŞ və beynəlxalq institutlardan 400 milyarda qədər sərmayə paketi.

Diplomatlar xəbərdar edir: sülh tələsik və məcburi olmamalıdır, əks halda yeni müharibə dalğası yarana bilər. Analitiklər Trampın "indi ya heç vaxt" təzyiqinin ən böyük səhv ola biləcəyini deyir.

Döyüş meydanı nə deyir?

CNN-in yazdığına görə, Trampın "Ukrayna müharibəni uduzur" bəyanatını nə ABŞ, nə də Avropa kəşfiyyatları təsdiqləyir. Meydanın ümumi mənzərəsi belədir: Rusiya cəbhədə kiçik irəliləyişlər edir, lakin bunun qarşılığında böyük itkilər verir. Heç bir tərəfdə müharibəni sürətlə bitirməyə imkan verən dönüş yoxdur.

Ukrayna qüvvələri şərqdə çətinliklərlə üzləşsə də, Rusiya son bir ildə Ukrayna ərazisinin 1 faizindən azını ələ keçirib. Latviya xarici işlər naziri vurğulayıb: "Bu, qələbə deyil. Kreml Ukraynanı boyun əyməyə məcbur etmək istəyir, amma döyüş meydanında buna nail ola bilmir". Bununla yanaşı, amerikalı rəsmilər Kiyevin müdafiə xətlərində yorulma hiss olunduğunu etiraf edir.

Trampın səbri tükənir

CNN yazır ki, Avropada ciddi narahatlıq var: Tramp danışıqlarda nəticə görmədiyi üçün prosesdən çıxa, məsuliyyəti isə Ukrayna və Avropanın üzərinə ata bilər. ABŞ rəsmilərindən biri bildirib: "Bu məsələ Tramp üçün siyasi yükə çevrilir, sonsuz müharibə təsiri yaradır".

Trampın emissarları Kuşner və Uitkoff Zelenskiyə bir neçə gün ərzində cavab vermək üçün vaxt verib. Təklif ərazi güzəştlərini ehtiva edir. Tramp razılaşmanı "Miladadək" bağlamaq istəyir. Tramp isə son çıxışlarında iddia edib ki, guya Rusiya sülh planını qəbul etməyə hazırdır və Zelenskiyə bu plan "xoş gəlir", amma Kiyev hələ sənədi tam oxumayıb.

Link kopyalandı!
Son xəbərlər