ABŞ-də 19 yaşlı futbolçunun cəsədi tapıldı
Dünya
917
10 Dec 2025 | 17:58

ABŞ-də 19 yaşlı futbolçunun cəsədi tapıldı

ABŞ-nin Rays Universitetinin tələbə komandasının futbolçusu Kler Treysi 19 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilib ki, Kler Treysi bazar günü, dekabrın 7-də vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb. Treysinin tələbə yoldaşlarına psixoloji yardım təklif olunub.

Treysinin cəsədi kampusdan kənarda yaşayış kompleksində, universitetdən iki məhəllə aralıda tapılıb.

Təhsil müəssisəsinin rəhbərliyinin sözlərinə görə, Kler Treysi 2024-cü ilin payızında Menomoni Fols (Viskonsin) şəhərindən Rays Universitetinə daxil olub və fəal tələbə olub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər