Polisin Luvr muzeyindən oğurluq edən şəxsləri saxlaması üçün cəmi 30 saniyə çatmayıb.
Moderator.az Fransa mətbuatına istinadən xəbər verir ki, Parisdəki muzeydəki təhlükəsizlik boşluqları və polislərin hadisə yerinə 30 saniyə gecikməsi ilə oğrular muzeydən qaça biliblər.
Fransanın Mədəniyyət Nazirliyinin göstərişi ilə aparılan araşdırmada məlum olub ki, oğurluğun baş verdiyi məkanda cəmi iki kamera işlək vəziyyətdə olub.
Təhlükəsizlik otağında kameralara nəzarət panelində isə müşahidəni tam aparmaq üçün kifayət qədər ekran olmayıb.
Əlavə olaraq, polis və təhlükəsizlik əməkdaşları oğurluq baş verəndən 30 saniyə sonra hadisə yerinə çatıblar.
Qeyd edək ki, oktyabrın 19-da Luvr muzeyindən 102 milyon dollarlıq qiymətli cəvahirat oğurlanıb və indiyə qədər tapılmayıb.
Hadisə ilə bağlı bir neçə nəfər şübhəli şəxs həbs olunub.