Konqresmen ABŞ-ın NATO-dan çıxmasını nəzərdə tutan qanun layihəsini təqdim edib
Dünya
636
10 Dec 2025 | 17:09

Konqresmen ABŞ-ın NATO-dan çıxmasını nəzərdə tutan qanun layihəsini təqdim edib

ABŞ Konqresinin Kentucky ştatından olan Nümayəndələr Palatasının üzvü, respublikaçı Tomas Massi ABŞ-ın NATO-dan çıxmasını nəzərdə tutan qanun layihəsini təqdim edib.

Moderator.az xəbər verir ki, bu barədə konqresmenin ofisi məlumat verib.

“NATO Soyuq Müharibənin bir qalığıdır. Biz NATO-dan çıxmalı və bu vəsaitləri öz ölkəmizin müdafiəsi üçün istifadə etməliyik, sosialist dövlətlərin yox. NATO Sovet İttifaqına qarşı yaradılmışdı və Sovet İttifaqı 30 ildən çox əvvəl dağıldı. O vaxtdan bəri ABŞ-ın orda iştirakı vergi ödəyicilərinə trilyonlarla dollara başa gəlib və ABŞ-ın xarici müharibələrə cəlb olunma riski hələ də qalır”, – Massi bildirib.

Konqresmen vurğulayıb ki, ABŞ Konstitusiyası xarici işlərə daimi müdaxiləyə icazə vermir və Vaşinqton bütün dünyanın təhlükəsizliyini təmin etməməlidir, xüsusən də zəngin ölkələr öz müdafiəsinə görə ödəniş etməyi rədd edirsə.

Qanun layihəsində bildirilir ki, NATO üzvlüyü ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun deyil. Layihəyə görə, ABŞ Prezidenti Şimali Atlantika Müqaviləsinin 13-cü maddəsinə əsasən qanun qüvvəyə mindikdən ən geci 30 gün ərzində NATO-ya ölkənin çıxması barədə məlumat verməlidir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər