Məşhur nəşr ABŞ-nin Ukraynada nizamlanma üzrə planının detallarını açıqladı
Dünya
119
16:20, Bu gün

Məşhur nəşr ABŞ-nin Ukraynada nizamlanma üzrə planının detallarını açıqladı

ABŞ-nin Ukraynada nizamlanma üzrə planı çərçivəsində Ukraynanın Avropa İttifaqına daxil olması, cəbhə xətti boyunca neytral demilitarizasiya zonasının yaradılması və ərazi məsələsində "Koreya ssenarisi"nin tətbiq edilməsi nəzərdən keçirilir.

Moderator.az-ın xəbərinə görə, bu barədə "The Washington Post" (WP) qəzeti danışıqların gedişatı ilə tanış olan ABŞ, Ukrayna və Avropa rəsmilərinə istinadən məlumat verib.

Nəşrin məlumatına görə, danışıqlar paketi üç sənəddən ibarətdir: sülh sazişi, təhlükəsizlik zəmanətləri və Ukrayna iqtisadiyyatının bərpası planı.

Danışıqlarda xüsusilə bütün atəşkəs xətti boyunca geniş demilitarizasiya zonasının yaradılması müzakirə olunur və buna nəzarət Şimali və Cənubi Koreya arasındakı demarkasiya xəttini xatırladan formatda həyata keçiriləcək.

Bundan əlavə, "Koreya ssenarisi" tərəflərin torpaq itkisini və ya qazancını rəsmi olaraq tanımadan ərazi məsələsinin həlli üçün variantlardan biri kimi nəzərdən keçirilir.

Nizamlanma planı, həmçinin Ukraynanın 2027-ci ildə Avropa İttifaqına daxil olmasını, NATO Nizamnaməsinin V maddəsinə bənzər ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsini, Ukrayna Silahlı Qüvvələrinin sayının 800 000 hərbçi ilə məhdudlaşdırılmasını, Zaporojye Atom Elektrik Stansiyasının ABŞ-nin nəzarətinə verilməsini, eləcə də Ukrayna iqtisadiyyatının bərpası üçün fondun yaradılmasını nəzərdə tutur.

Link kopyalandı!
Son xəbərlər