İran İsrailə qarşı “görünməz silah”ı TƏQDİM ETDİ
Dünya
312
14:50, Bu gün

İran İsrailə qarşı “görünməz silah”ı TƏQDİM ETDİ

İran düşmənin hava hücumundan müdafiə sistemlərinə nüfuz etmək üçün nəzərdə tutulmuş yeni uzaq mənzilli “Hadid-110” pilotsuz uçuş aparatını təqdim edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Telegram kanalları məlumat yayıb.
 
“Hadid-110”un imkanları “Səhənd 2025” təlimləri zamanı nümayiş etdirilib.
 
PUA 30 kiloqramlıq döyüş başlığı ilə təchiz edilib və son dərəcə aşağı radar göstəricisinə malikdir, bu da dronu müasir taktiki raketlərlə müqayisə etməyə imkan verir.
 
Nəşrin məlumatına görə, “Hadid-110”un effektli əks etdirici səthi radar uducu materialların və xüsusi örtüklərin istifadəsi sayəsində cəmi 0,01–0,02 kvadratmetr təşkil edir. Bu, cihazın radar tərəfindən faktiki olaraq görünməz edir. Bu isə potensial rəqiblər, o cümlədən İsrail üçün “görünməz sürpriz” ola bilər.
Link kopyalandı!
Son xəbərlər