Britaniya Duginə sanksiya tətbiq etdi
Dünya
971
09 Dec 2025 | 22:40

Britaniya Duginə sanksiya tətbiq etdi

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Moderator.az xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

Məhdudiyyətlər siyahısına filosof Aleksandr Dugin, "Rıbar" hərbi-analitik mərkəzinin rəhbəri Mixail Zvinçuk əlavə edilib.

Rusiyanın xaricdə yaşayan soydaşların müdafiə və dəstəyi ilə məşğul olan Fonduna da sanksiya tətbiq olunub. Həmçinin Geosiyasi Ekspertiza Mərkəzi, "Qolos" informasiya resursları və "Euromore" də məhdudiyyətlərlə üzləşib.

Bundan sonra həmin şəxslər Böyük Britaniyaya səfər edə bilməyəcəklər və aşkar olunduğu təqdirdə onlara aid səhmlər dondurulacaq.

Link kopyalandı!
Son xəbərlər