23:40
10°C
Bakı
Ukrayna ordusu Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib.
Moderator.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
O, Moskva regionu üzərində 4 PUA-nın vurulduğunu bildirib.
Rusiya paytaxtına dron hücumu nəticəsində Moskvanın Domodedovo və Jukovski hava limanlarında uçuşlar dayandırılıb. Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi – “Rosaviasiya” məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə bu gün saat 14:00 ilə 20:00 arasında Rusiya üzərində otuz səkkiz PUA vurulub.
Bunlardan yeddisi Moskva regionu üzərində vurulub, onlardan dördünün paytaxta doğru uçduğu qeyd olunub.