23:40
10°C
Bakı
"Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi kolonların Suriyaya daxil olduqlarına dair sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirir".
Moderator.az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və sözçüsü Ömer Çelik deyib.
Onun sözlərinə görə, burada qeyri-adi heç nə yoxdur:
"Bölgədə uzun müddətdir xidmət göstərən birliklərimizlə yeni birliklərimiz arasında yerdəyişmə prosesi aparılır. Türkiyə Silahlı Qüvvələri Suriya ilə əldə edilən saziş çərçivəsində mövqeyini qoruyur. Mövqelərimizdə heç bir dəyişiklik yoxdur və bölgədə fövqəladə vəziyyətdən söhbət gedə bilməz".