22:41
10°C
Bakı
İndoneziyanın paytaxtı Cakartada ofis binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 22-yə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə "Kompas TV" məlumat yayıb.
Həlak olanlar arasında hamilə qadının da olduğu bildirilir.
Şahidlərin sözlərinə görə, yanğın zamanı onlarla işçi binanın altıncı mərtəbəsində qalıb. Bildirilir ki, onlara təcili yardım ipləri vasitəsilə bir-bir binadan enməyə kömək edilib.