Ermənistanın dövlət borcu 10 faizdən çox artıb
Dünya
120
21:30, Bu gün

Ermənistanın dövlət borcu 10 faizdən çox artıb

2025-ci ilin əvvəlindən etibarən Ermənistan hökumətinin borcu oktyabr ayının sonuna olan vəziyyətə görə, 10.7% artaraq 13 milyard 661 milyon dollara çatıb.

Moderator.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, dövlət borcunun idarə edilməsi məsələlərində Maliyyə Nazirliyi son illərin siyasətini saxlayır: xarici kreditlər ardıcıl olaraq dövlət istiqrazları şəklində daxili borclarla əvəz olunur.

Bu tendensiya 2025-ci ildə də davam edib. 2024-cü ilin dekabr ayı ilə müqayisədə daxili borcun payı 51.8%-dən 53.5%-ə qədər artıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər