Macarıstanın xarici işlər naziri:
Dünya
120
21:07, Bu gün

Macarıstanın xarici işlər naziri: "Fon der Lyayen Avropaya hər kəsdən daha çox ziyan vurub"

"Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen vəzifədə olduğu müddətdə Avropaya hər kəsdən daha çox ziyan vurub".

Moderator.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto RT-yə verdiyi müsahibədə bildirib.

"Fon der Lyayenə gəldikdə, düşünürəm ki, o, Avropaya hər kəsdən daha çox ziyan vurub. Onun rəhbərliyi altında Avropa əvvəlkindən daha az təhlükəsiz bir yerə çevrilib. Əvvəlkindən daha az rəqabətli olub. Bilirsiniz ki, Brüsseldə mövcud olan korrupsiya onun Kiyevdə korrupsiya məsələsini qaldırmamasının səbəbini izah edir", - deyə nazir qeyd edib.

Siyarto xatırladıb ki, Aİ-nin sabiq ədliyyə komissarı Didye Reynders hazırda çirkli pulların yuyulması ittihamları ilə üzləşib, Aİ-nin keçmiş xarici işlər xidmətinin rəhbəri Federika Mogerini və sabiq baş katib Stefano Sannino isə korrupsiyada ittiham olunurlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər