Almaniyada Rusiyaya casusluğa görə Ermənistan vətəndaşının məhkəməsi başlayıb
Dünya
127
20:20, Bu gün

Almaniyada Rusiyaya casusluğa görə Ermənistan vətəndaşının məhkəməsi başlayıb

Almaniyada Rusiyanın xeyrinə casusluqda ittiham olunan üç xarici vətəndaşın məhkəmə prosesi başlayıb.

Moderator.az bu barədə DPA agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, bu ilin mayında Almaniyanın Federal Baş Prokurorluğu Ukrayna vətəndaşı Robert A.-ya, Ermənistan vətəndaşı Vardqes İ.-yə və Rusiya vətəndaşı Arman S.-yə qarşı "xarici xüsusi xidmət orqanına işləmək" şübhəsi ilə ittiham irəli sürüb.

Prokurorluq iddia edib ki, Vardqes İ. 2024-cü ildə Almaniya ərazisində Ukrayna Silahlı Qüvvələri tərəfində vuruşan kişini təqib etməyə başlayıb. O, bu işə Robert A.-nı və Arman S.-ni də cəlb edib.

Şübhəlilər hərbçini aldadaraq kafeyə aparmaq və onun haqqında əlavə məlumat toplamağı planlaşdırıblar. Lakin kişi Almaniyanın hüquq-mühafizə orqanlarına müraciət edib və görüş baş tutmayıb.

Şübhəlilər 2024-cü il iyunun 19-da saxlanılıblar və hələ də həbsdədirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər